Azərbaycanlı hakimlər bu ay Lüksemburq və Qazaxıstana səfər edəcək

Azərbaycanlı hakimlər bu ay Lüksemburq və Qazaxıstana səfər edəcək
İDMAN
18:39 19.08.2020
780

Azərbaycanlı FIFA referiləri Rəhim Həsənov və Rauf Cabbarov beynəlxalq oyunlara təyinat alıb.

AFFA-nın saytı xəbər verir ki, hər iki referi UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək oyunlarda iş başında olacaq.

R.Həsənovun başçılıq etdiyi briqada Lüksemburqa, Rauf Cabbarovunku Qazaxıstana səfər edəcək.

FIFA referilərimizin təyinat aldıqları beynəlxalq oyunları diqqətinizə çatdırırıq:

26 avqust. Avropa Liqasının I təsnifat mərhələsi

"Proqres" (Lüksemburq) – "Zeta" (Monteneqro)

Baş hakim: Rəhim Həsənov

Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Pərvin Talıbov

Dördüncü hakim: Elçin Məsiyev

27 avqust. Avropa Liqasının I təsnifat mərhələsi

"Ordabası" (Qazaxıstan) – "Botoşani" (Rumıniya)

Baş hakim: Rauf Cabbarov

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Elşad Abdullayev

Dördüncü hakim: Kamal Umudlu


OXŞAR XƏBƏRLƏR