Azərbaycanlı həkim Almaniya aeroportunda yoxa çıxdı - FOTO

Azərbaycanlı həkim Almaniya aeroportunda yoxa çıxdı - FOTO
SOSİAL
17:12 01.11.2021
1688
Almaniyada yaşayan azərbaycanlı həkim Toğrul Cəfərli itkin düşüb.

Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, T.Cəfərli oktyabrın 27-də Macarıstandan Almaniyanın Frankfurt şəhərinə eniş edib və həmin andan etibarən onunla əlaqə kəsilib: 

"Lohr am Main şəhərində həkim-psixiatr olaraq çalışan Toğrul Cəfərli son zamanlar ağır rejimdə işlədiyi üçün yuxusuz qalırdı və psixoloji olaraq gerginlik keçirirdi. Ola bilər ki, kiminsə yanında qalır”, - deyə yaxınları bildirib.
 

 


OXŞAR XƏBƏRLƏR