Azərbaycanlı həkim Türkiyədə faciəvi şəkildə öldü - FOTOLAR

Azərbaycanlı həkim Türkiyədə faciəvi şəkildə öldü - FOTOLAR
SOSİAL
10:00 08.09.2022
953
Azərbaycanlı həkim Türkiyədə faciəvi şəkildə ölüb.

AZXEBER.COM Modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı onun həkim dostu, tanınmış infeksionist Vasif Əliyev ictimailəşdirib.

Uzman həkim Elnur Rufullayev sentyabrın 6-da işdən sonra yolu keçmək istəyərkən avtomobil vurub. Nəticədə o, dünyasını dəyişib.

"Daim xatirələrdə gülərüz, xoş anlarla yadda qalacaqsan. Allah rəhmət eləsin. Ailəsinə səbr versin", - həkim vurğulayıb.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü E.Rufullayev Türkiyədə özəl xəstəxanaların birində çalışırdı. İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi, 2002-2008-ci illərdə Azərbaycan Tibb Universitetində, daha sonra isə İstanbul Universitetinin tibb fakültəsində təhsil almışdı.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR