Azərbaycanlı hərbçilər Türkiyədə komanda kursunu uğurla başa vurdu

Azərbaycanlı hərbçilər Türkiyədə komanda kursunu uğurla başa vurdu
SOSİAL
14:41 28.04.2021
342
Azərbaycan ordusunun hərbçiləri Türkiyənin İsparta şəhərində komanda kursunu müvəfəqiyyətlə başa vurub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi xəbər yayıb.

"Azərbaycan Ordusunun qəhrəman əsgərləri İspartada yerləşən Dağ Komando Məktəbi və Təhsil Mərkəzi Komandanlığı ilə Terrorla Mübarizə Təhsil və Təlim Mərkəzi Komandanlığındakı altı həftəlik kursu uğurla başa vurub.

Qardaşlarımız üçün kursun bağlanış mərasimi keçirilib”, - deyə qurumdan bildirilib.
OXŞAR XƏBƏRLƏR