"Star” TV-də yayımlanan "İşte benim stilim” dəb yarışması ilə həm Türkiyədə, həm də Azərbaycanda populyarlaşan model, "Best model of Azerbaijan - 2014” gözəllik müsabiqəsinin qalibi Sima Şərafətdinova təyyarə idarə edib.
Oxu.Az xəbər verir ki, model bununla bağlı sosial şəbəkədə paylaşım edib.
Xatırladaq ki, Sima yuxarıda adıçəkilən verilişdə iştirak etdiyi zaman saytlara verdiyi müsahibəsində 6 dil bildiyini, atasının holdinq rəhbəri olduğunu, anasının isə bir zamanlar Bakıda məşhur butikə sahib olduğunu söyləyib.
Sima Şərafətdinova bir neçə ildir Türkiyədə yaşayır.