Oktyabrın 30-dan noyabrın 4-dək İtaliyanın Karrara şəhərində U-şu və tayboks idman növləri üzrə dünya çempionatı keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 70 ölkədən 2000-dək idmançının iştirak etdiyi çempionatda Azərbaycan 4 idmançı ilə təmsil olunub.