Azərbaycanlı idmançı dünya üçüncüsü oldu

İDMAN
10:16 08.05.2013
1151
Perunun Lima şəhərində ağır atletika üzrə gənclər arasında Dünya birinciliyi davam edir. Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, yarışda Azərbaycan ağır atletlərindən ilk olaraq Valentin Xristov körpücük üzərinə çıxıb və 62 kq çəki dərəcəsində dünya çempionu adını qazanıb.Daha bir gəncimiz medallar uğunda mübarizəyə qoşulub. Firudin Quliyev 69 kq çəki dərəcəsində qüvvəsini sınayıb. 19 yaşlı atletimiz milli komandamızın gözəl çıxışını davam etdirib və dünya çempionatında bürünc medala yiyələnib.Birdən qaldırma hərəkəti Firudin üçün uğurlu alınmayıb. O, 132 kq çəkinin öhdəsindən yalnız ikinci cəhddə gəlib, üçüncü yanaşmada isə 135 kq-ı ram edə bilməyib. Nəticədə Quliyev bu hərəkəti 5-ci yerdə bitirib.Təkanla qaldırma hərəkətində isə idmançımız durumu düzəldib. İlk yanaşmasında 176 kq-ı ram edən Firudin, toplamda ən azı bürünc medalı təmin edib. Növbəti sifariş 184 kq olub. Ancaq Quliyev bu çəkinin öhdəsindən iki yanaşmada gələ bilməyib. Gəlsəydi, dünya çempionluğunu təmin edəcəkdi. Buna baxmayaraq, idmançımızı təkanla qaldırmada gümüş medal qazanıb.
OXŞAR XƏBƏRLƏR