Azərbaycan taekvandoçuları Misirdə uğurla çıxış edir.
AZXEBER.COM xəbər verir ki, Misirin İsgəndəriyyə şəhərində keçirilən V “Alexandria Open” beynəlxalq turnirində iştirak edən Azərbaycan yığması ilk gündə 4 qızıl, 3 gümüş və 3 bürünc medala qazanıb.İdmançılarımızdan Samir Cavadlı (58 kq), Fariz Əliyev (68 kq), Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Əzizov finalda London Olimpiadasının iştirakçısı, ermənistanlı rəqibini məğlub edib.Gümüş medallar Hüseyn Mehrəliyevə (68 kq), Surə Fərəcliyə (49 kq) və Günay Ağakişiyevaya (57 kq) nəsib olub.Bürünc mükafatları isə Vüsal Məmmədov (58 kq), Ramin Abdullayev (80 kq) və Türkanə Tahirli (49 kq) əldə ediblər.Qeyd edək ki, turnirin ikinci günü 54, 63, 74, 87 kq çəki dərəcələrində kişilərin yarışı, 46, 53 və 62 kq çəkilərdə isə qadın idmançılarımızın çıxışları olacaq.31 taekvondoçudan ibarət komandamız müxtəlif çəkilərdə bir neçə idmançı ilə mübarizə aparır. Yığmamız Bakıya fevralın 28-də qayıdacaq.