Azərbaycanlı idmançı “Qalatasaray” forması ilə Avroliqada meydana çıxdı

Azərbaycanlı idmançı “Qalatasaray” forması ilə Avroliqada meydana çıxdı
İDMAN
14:20 23.12.2016
1094
Azərbaycan basketbol yığmasının üzvü Orxan Aydın Hacıyev "Qalatasaray” forması ilə Avroliqada debüt edib.
 
AZXEBER.COM xəbər verir ki, basketbolçumuz qitənin ən nüfuzlu klub turnirində "Anadolu Efes”lə qarşılaşmada oynamaq şansı qazanıb. Qarşılaşmada 4 dəqiqə 10 saniyə meydanda olan Orxan Hacıyev sadəcə 1 "fol”la yadda qalıb.
 
Qeyd edək ki, qarşılaşma "Anadolu Efes”in 86:76 hesablı üstünlüyü ilə yekunlaşıb.
OXŞAR XƏBƏRLƏR