Azərbaycanlı idmançı Türkiyədə Federasiya yaradır

Azərbaycanlı idmançı Türkiyədə Federasiya yaradır
İDMAN
11:09 01.09.2011
1960

Azərbaycanlı sambo ustası Qədir Məmmədov Türkiyədə Sambo Federasiyası yaratmaq üçün hazırlıq işləri aparır. Bu barədəAPA-nın Türkiyə bürosuna məlumat verən Qədir Məmmədov bildirib ki, Türkiyənin müvafiq dövlət qurumları ilə apardığı danışıqlardan sonra idmanın bu növünün ölkədə tanıdılması və inkişaf etdirilməsi üçün federasiya yaratmaq qərarına gəlib: “Türkiyədə idmanın bu növünü az tanıyırlar. İstanbulun mərkəzində açdığım sambo təlimi mərkəzində dərs verməklə yanaşı, keçən ilin dekabrında sambo silahsız özünümüdafiə klubları dərnəyi yaratmışam. Bilirsiniz ki, Dünya Sambo Federasiyasının fəxri prezidenti Rusiyanın baş naziri Vladimir Putindir. Rusiya Sambo Federasiyası idmanın bu növünün Türkiyədə də inkişaf etdirilməsi üçün məni dəstəkləməyə söz verib. Türkiyədə Sambo Federasiyası yarada bilməyim üçün hər şeydən əvvəl sambo üzrə çempionat keçirməliyəm. Sambonu tanıtma və reklam materialı kimi böyük kataloq çap etdirmişəm. Tələb edilən şərtlər yerinə yetirilən kimi Gənclik və İdman Baş İdarəsi federasiyaya lazımi maddi yardımı edəcək və bizə də illik büdcə ayrılacaq. İstanbul bələdiyyəsi təlim vermək və ya yarışlar keçirmək üçün bütün idman salonlarını pulsuz şəkildə bizim ixtiyarımıza verməyə hazırdır. Bolqarıstandan və İtaliyadan oradakı turnirlərdə iştirak etmək üçün dəvət alsaq da, hələ ki maddi imkanlarımız xaricdəki turnirlərdə iştirak etməyə əl vermir. Türkiyənin zəngin iş adamlarının samboya yaxından maraq göstərəcəyinə və bəzi başlanğıc layihələrimizə dəstək verəcəyinə inanıram. Sambo Federasiyamız rəsmi şəkildə təsdiq ediləndən sonra türk dövləti büdcədən bizə də pul ayıracaq”. Azərbaycanda idmanın bu növünün çox inkişaf etdiyini xatırladan Q. Məmmədov sambonun Türkiyədə tanıdılması və inkişaf etdirilməsi üçün Azərbaycanın təcrübəsindən faydalanacağını vurğulayıb. 1975-ci ildə Ağdamda anadan olan Q. Məmmədov 1991-ci ildə həmkarlar təşkilatlarının sambo üzrə çempionatında SSRİ çempionu olub. 1995-ci ildən İstanbulda yaşayır. İstanbul Universitetində təhsilinə davam edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AZAL Pakistan və Hindistana reysləri mərhələli şəkildə bərpa edir
14:16 12.05.2025
AZAL Pakistan və Hindistana reysləri mərhələli şəkildə bərpa edir
Əməkdar artist Prezidentin onun mahnısını dinləməsindən danışdı
14:14 12.05.2025
Əməkdar artist Prezidentin onun mahnısını dinləməsindən danışdı
Daha Rusiyaya gedə bilməyəcəyik? - Ağır şərtlər
14:14 12.05.2025
Daha Rusiyaya gedə bilməyəcəyik? - Ağır şərtlər
Ani başgicəllənmə bu xəstəliyin əlaməti ola bilər
14:11 12.05.2025
Ani başgicəllənmə bu xəstəliyin əlaməti ola bilər
Talassemiya xəstəsindən şok əməl: "Qanından istifadə edib bir neçə nəfəri əsgərlikdən saxlayıb"
14:00 12.05.2025
Talassemiya xəstəsindən şok əməl: "Qanından istifadə edib bir neçə nəfəri əsgərlikdən saxlayıb"
"Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə
13:55 12.05.2025
"Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə
Azərbaycan və Bəhreyn XİN rəhbərləri görüşdü
13:46 12.05.2025
Azərbaycan və Bəhreyn XİN rəhbərləri görüşdü
Qazaxıstandan qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni AÇIQLAMA
13:42 12.05.2025
Qazaxıstandan qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni AÇIQLAMA
Elnarə Abdullayeva da qalmaqala qoşuldu: "Məni heç kim məşhur etməyib"
13:39 12.05.2025
Elnarə Abdullayeva da qalmaqala qoşuldu: "Məni heç kim məşhur etməyib"
Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edildi
13:36 12.05.2025
Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edildi
Balaca Elxan təcili əməliyyat olunmalıdır - FOTO - VİDEO
13:30 12.05.2025
Balaca Elxan təcili əməliyyat olunmalıdır - FOTO - VİDEO
"Gözlənilməz hadisələrə hazırlıqlı olun" - Astroloqdan XƏBƏRDARLIQ
13:22 12.05.2025
"Gözlənilməz hadisələrə hazırlıqlı olun" - Astroloqdan XƏBƏRDARLIQ
Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
13:18 12.05.2025
Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
Enerji içkiləri gənclər üçün təhlükəlidir – Mütəxəssislər həyəcan təbili çalır
13:16 12.05.2025
Enerji içkiləri gənclər üçün təhlükəlidir – Mütəxəssislər həyəcan təbili çalır
Azər Türk Bank ətraf mühitə olan öhdəliyini gücləndirir: 10 milyon dollar depozit təşəbbüsü
12:48 12.05.2025
Azər Türk Bank ətraf mühitə olan öhdəliyini gücləndirir: 10 milyon dollar depozit təşəbbüsü
İyunda da 13 gün evdəyik
12:32 12.05.2025
İyunda da 13 gün evdəyik