Azərbaycanlı idmançını kim intihara vadar edib? - “Nazirə də yazmışam, məni “fırladırlar””

Azərbaycanlı idmançını kim intihara vadar edib? - “Nazirə də yazmışam, məni “fırladırlar””
SOSİAL
13:27 14.08.2017
2741
Azərbaycanın uşu-sanda millisinin sabiq üzvü Emin İsmayılovun avqustun 11-də Gənclər və İdman Nazirliyinin önündə təkbaşına etiraz aksiyası keçirtdiyini xəbər vermişdik.

Dəfələrlə aidiyyatı qurumlara müalicəsi üçün müraciət edən idmançıya müsbət cavab verilməyib. Bu vəziyyətdən bezən İsmayılov, hətta üstünə benzin tökərək, özünü yandırmaq istəyib. Lakin son anda polis əməkdaşları Eminin özünə qəsdinin qarşısını alıblar.

AZXEBER.COM xəbər verir ki, yenicag.az saytına açıqlama verən E. İsmayılov çıxılmaz vəziyyətdə qaldığını deyib. Ona müalicəsi üçün heç kim kömək etmək istəmir:

"2014-cü ildə İtaliyada keçirilən dünya çempionatında iştirak etdim. Yarımfinalda belçikalı ilə qarşılaşdım. Döyüş zamanı sifətimdəm ciddi zədə aldım, amma yarışı dayandırmadım. Üzümün sındığını bilmirdim. Məni xəstəxanaya apardılar. Həkimlər müayinədən sonra dedilər ki, 10 gün ərzində təyyarəyə minmək olmaz. Ancaq səbəbini demədilər. Orada qalmağım əlavə xərc idi; günə 100 avro tələb edirdi. Məndə də o pul yox idi. Onsuz da yarışa öz hesabıma getmişdim. Məcbur qalıb, təyyarə ilə uçdum. Canımı təhlükəyə atdım, beynimə qan sıza bilərdi. 5-6 aydan sonra üzümdə ağrılar hiss etməyə başladım. Nazirliyə müraciət etdim, məni klinikaya göndərdilər. Orda da dedilər ki, üzündə sınıq var. 3 ildə bəlkə də 50 dəfə Gənclər və İdman Nazirliyinə getmişəm, amma maraqlanan olmayıb. Nazir Azad Rəhimova da məktub yazmışam. Sığorta da "fırtlatdı” ki, sən hadisə yerində məlumat verməliydin.

Azərbaycanda İtaliya səfirliyinə də müraciət etmişəm ki, sizin həkimlər məni əməliyyat etmədilər. Onlar da deyir ki, get dərdini İtaliyadakı Azərbaycan səfirliyinə de. Qardaş, mən dərdimi kimə danışım? Neçə dəfə millət vəkillərinə, icra hakimiyyətinə müraciət etmişəm, amma heç kim maraqlanmayıb. Xahiş edirəm, səsimi ölkə rəhbərliyinə çatdırın”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi