Bu gün azərbaycanlı iş adamı Mübariz Mənsimov və türkiyəli media maqnatı Aydın Doğan görüşəcəklər. Tərəflər A.Doğanın sahibi olduğu “Kanal D” telekanalının alqı-satqı məsələsini müzakirə edəcəklər.
Məlumatda həmçinin qeyd olunur ki, M.Mənsimovdan sonra “Beşiktaş” klubunun prezidenti Yıldırım Dəmirörən və tanınmış iş adamı Hüsnü Özyeğin də kanalı almaq fikrinə düşüblər. Lakin “Kanal D”ni almağa ən yaxın şəxs kimi bir daha M.Mənsimov göstərilir.
//lent.az