Azərbaycanlı iş adamı Türkiyədə güllələndi

DÜNYA
12:07 21.08.2013
2172

İstanbulda 41 yaşlı azərbaycanlı iş adamı Əli Həmidov qətlə yetirilib.

AZXEBER.COM-un “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, o və onun rusiyalı dostu 29 yaşlıAsiyat Alaşev istirahət mərkəzlərinin birində 6 nəfərin hücumuna məruz qalıb. Onlar hovuzda üzən hər iki dostu güllələyərək hadisə yerindən qaçıblar. Nəticədə Əli Həmidov aldığı ağır yaralardan sonra hadisə yerindəcə keçinib. Onun rusiyalı dostunun həyatını isə xilas etmək mümkün olub.

Hazırda İstanbul polisi hadisə ilə bağlı geniş araşdırmalara başlayıb.

Qeyd edək ki, Əli Həmidov Türkiyədə tikinti biznesi ilə məşğul olurdu.

OXŞAR XƏBƏRLƏR