Azərbaycanlı iş adamı Ukraynada vəhşicəsinə döyüldü

Azərbaycanlı iş adamı Ukraynada vəhşicəsinə döyüldü
SOSİAL
11:35 27.07.2018
3873
Ukraynada əslən Azərbaycanın Lənkəran şəhərindən olan 1966-cı il təvəllüdlü Salayev Xanbaba Baloğlan oğlu naməlum şəxslərin hücumuna məruz qalıb.

AZXEBER.COM APa-ya istinadən xəbər verir ki, hadisə Xarkov vilayətinin Kiyevski rayonunda baş verib.

X. Salayevə ağır bədən xəsarətləri yetirilib.

Kiçik sahibkarlıqla məşğul olan azərbaycanlıya hücum edənlərin kimliyi məlum deyil. X. Salayevin vəziyyəti ağırdır, o, rayondakı xəstəxanaların birinə yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR