Azərbaycanlı iş adamının qətlinin- Təfərrüatı

SOSİAL
14:30 17.03.2016
3203
Rusiyada öldürlən azərbaycanlı biznesmen Canpolad Şamiloğlunun qətlinin yeni təfərrüatları məlum olub.
Hadisə iş adamının yaşadığı “Slavyanski bulvar” küçəsində baş verib. Qatil 9 mm kalibrli tapançadan 3 dəfə iş adamının ürək nahiyəsinə daha sonra bir dəfə başına atəş açıb.
Mərhumun cəsədi səhər saatlarında həyat yoldaşı tərəfindən aşkar edilib. Canpolad Şamiloğlunun qonşuları da gecə saat 3-də silah səslərinin eşidildiyini bildiriblər.
Qətlin sifarişlə killer tərəfindən törədildiyi qeyd olunub. Çünki, 3 dəfə ürək və bir dəfə baş nahiyəsinə açılan atəş bunu deməyə əsas verir.
Artıq Rusiya İstintaq Komitəsində 46 yaşlı azərbaycanlı Canpolad Şamiloğlunun qətli ilə bağlı cinayət məcəlləsinin 105-ci (“Qəsdən adam öldürmə”) və 224-cü (“Qanunsuz odlu silah gəzdirmə”) maddələri ilə cinayət işi qaldırılıb.
///AzVision.az

OXŞAR XƏBƏRLƏR