Azərbaycanlı jurnalist Britaniyada əxlaqsızlığa görə həbs olundu

MARAQLI
15:44 26.01.2022
600
Bir neçə il öncə Böyük Britaniyaya siyasi sığınacaq almaq ümidi ilə üz tutan 34 yaşlı Ceyhun Zeynalov həbs olunub.

Özünü jurnalist kimi təqdim edərək vaxtilə Azərbaycanda təqiblərə məruz qaldığını iddia edən şəxslə bağlı cinayət hadisəsi Stok-on-Trent şəhərində baş verib.

"Zeynalov şirniyyat üçün mağazaya gedərkən psixi xəstəlikdən əziyyət çəkən qadına qarşı seksual zorakılığa yol verib.

"Zeynalov ona içki içməyi təklif etsə də, qadın bundan imtina edib. Bununla belə, Zeynalov sakitləşməyib və bir şüşə araq alıb. Zərərçəkmiş mağazanı tərk etdikdən sonra yenidən onun arxasınca düşüb. Prokuror Ben Lourens bildirib ki, kişi onu sürüyərək Müqəddəs Mark kilsəsinin ərazisinə gətirib. Qadın da qorxusundan onun göstərdiyi yerə gedib. Ona toxunmağa başlayıb. Lakin qadın imtina edəndə, gödəkçəsini çıxarıb əlini sinəsinə aparıb. Sonra öpmək istəsə də qadın qaçıb. Zeynalov şalvarını çıxarmaq istəyəndə qadın oradan qaçıb uzaqlaşa bilib. Evdə zərərçəkən anasına hər şeyi danışıb. O, polisə müraciət edib və tezliklə Zeynalov həbs edilib.

Zərərçəkmiş deyib: "Mən müntəzəm olaraq mağazaya piyada gedirəm. Bu hadisədən sonra ora getmək həvəsim sönüb. İndi küçədə tanımadığım kişiləri görəndə narahat oluram. Baş verənlərdən sonra anam məndən çox narahat olmağa başlayıb". Ceyhun Zeynalovun üç uşaq atası olduğu bildirilir. Sığınacaq axtaran şəxs olaraq həftədə 198 funt sterlinq alır. Hazırda 13 illik evlilikdən sonra Zeynalovun ailəsindən ayrı yaşadığı iddia edilir. Əvvəlcə o, özünü təqsirli bilməyib, hər şeyin qarşılıqlı razılıq əsasında baş verdiyini bildirib, lakin sonra buna baxmayaraq, intim əlaqəyə girməyə çalışdığını etiraf edib.

Hakim Zeynalovu 18 ay şərti cəza və 30 sutka islah olunmaqla on ay müddətinə azadlıqdan məhrum edib. O, həmçinin alkoqol asılılığından 6 ay müalicə almalı və 120 saatını ödənişsiz işlərdə keçirməli olacaq. Bundan başqa, Zeynalov 10 il ərzində seksual xarakterli cinayətlər törədən şəxslərin siyahısına salınıb.
 
///Milli.Az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI