Azərbaycanlı jurnalistin Xocalı haqda yazısı Türkiyə mətbuatında yayımlanıb - FOTO

Azərbaycanlı jurnalistin Xocalı haqda yazısı Türkiyə mətbuatında yayımlanıb - FOTO
MEDİA
14:02 26.02.2018
1894
AZXEBER.COM informasiya portalının baş redaktoru Hacıbəy Heydərli Türkiyə mətbuatına açıqlama verib.
 
Jurnalistin Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə qardaş ölkənin Haberiniz.com.tr və EHA agentliyində yazısı dərc edilib. 
 
Yazıda Xocalı soyqırımı haqda geniş məlumat verilib: "Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.[4] Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil"
 
Yazıda həmçinin Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət" kampaniyası haqda da danışılıb və qeyd edilib ki, məhz bu kampaniya sayəsində Azərbaycanın haqq səsi dünya ictimaiyyətinə çatdırılır: "Xocalıya ədalət" beynəlxalq kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdı. Bu gün dünyanın hər yerində bu kampaniyaya qoşulan gənclər, QHT-lər tədbirlər keçirir, Azərbaycanın haqq səsini dünyaya çatdırır".
 

 

 


 


 


OXŞAR XƏBƏRLƏR