"Azərbaycanlı köçkünlər İtalyadan Qarabağ problemində ədalətin dəstəklənməsini gözləyir"

"Azərbaycanlı köçkünlər İtalyadan Qarabağ problemində ədalətin dəstəklənməsini gözləyir"
SİYASƏT
15:16 02.11.2017
1445

Millət vəkili Qənirə Paşayeva İspaniya və İtaliya ictimai xadimləri, fəal təşkilat rəhbərləri ilə Qarabağdan danışıb və ədaləti daha çox dəstəkləməyinizi gözləyirik deyib.

AZXEBER.COM xəbər verir ki, milli Məclis deputatı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva İspaniya baş nazirinin sabiq müavini, Afrika Qadınları Təşkilatının prezidenti xanım María Teresa Fernández de la Vega ilə görüşüb.

 

Görüş zamanı millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Qarabağ həqiqətləri ilə bağlı, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə məlumatlar verib. Azərbaycanın İspaniya ilə əməkdaşlığın, dostluğun inkişafına önəm verdiyini deyən millət vəkili Q.Paşayeva ona ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu ilə bağlı danışıb və geniş fikir mübadiləsi olub.

 

Millət vəkili Q.Paşayeva həmçinin İtalyanın millət vəkili, AŞPA-dakı nümayəndə heyətinin üzvü, Avropa Şurasının bərabərhüquqluq və diskriminasiya məsələləri üzrə komitəsinin sədri Elena Centemero başda olmaqla İtaliyanın fəal ictimai xadim qadınları ilə də görüşüb. Millət vəkili Q.Paşayeva İtaliyanın tanınmış təşkilat rəhbərləri professor Rossana Berardi və Giuseppa Seidita ilə də görüşüb və müzakirələr aparılıb. Millət vəkili Q.Paşayeva onlara Azərbaycanla bağlı geniş məlumatlar verməklə bərabər Qarabağ həqiqətləri ilə də bağlı fikir mübadiləsi aparıb. İtaliyanın ATƏT-in Minsk Qrupunun üzvü olduğunu xüsusi vurğulayan millət vəkili Q.Paşayeva Xocalı soyqırımı barədə də danışıb və "azərbaycanlı köçkünlər İtalyadan Qarabağ problemində ədalətin daha çox dəstəklənməsini gözləyir" deyib. Q.Paşayeva onlara Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materiallar da təqdim edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır - VİDEO
20:21 21.06.2026
Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır - VİDEO
“Neftçi” onlarla müqavilənin müddətini uzatdı - Foto
20:17 21.06.2026
“Neftçi” onlarla müqavilənin müddətini uzatdı - Foto
Trampdan sensasion proqnoz: "Kir Starmer istefa verəcək"
20:07 21.06.2026
Trampdan sensasion proqnoz: "Kir Starmer istefa verəcək"
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
19:52 21.06.2026
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - TƏFƏRRÜAT
19:40 21.06.2026
Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - TƏFƏRRÜAT
ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu
19:29 21.06.2026
ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu
İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır
19:11 21.06.2026
İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır
İstidə avtomobil aptekçanızdakı bu 6 dərmana diqqət edin - XƏBƏRDARLIQ
18:53 21.06.2026
İstidə avtomobil aptekçanızdakı bu 6 dərmana diqqət edin - XƏBƏRDARLIQ
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI
18:49 21.06.2026
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI
İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
18:24 21.06.2026
İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
"Sabah" Voynaloviçlə yolları ayırdı
17:54 21.06.2026
"Sabah" Voynaloviçlə yolları ayırdı
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq
17:50 21.06.2026
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq
300-dən çox şirkəti bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb - FOTOLAR
17:21 21.06.2026
300-dən çox şirkəti bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb - FOTOLAR
"Qarabağ"dan Bədavi ilə bağlı qərar
17:18 21.06.2026
"Qarabağ"dan Bədavi ilə bağlı qərar
Rusiyada helikopterlə əlaqə kəsilib, axtarışa başlanılıb
16:51 21.06.2026
Rusiyada helikopterlə əlaqə kəsilib, axtarışa başlanılıb
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb
16:48 21.06.2026
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb