Azərbaycanlı kosmetoloq məşhurların sevimlisinə çevrildi – Dodağına gel vurdurub,şişirən məşhurlar kimlərdir?

Azərbaycanlı kosmetoloq məşhurların sevimlisinə çevrildi – Dodağına gel vurdurub,şişirən məşhurlar kimlərdir?
SOSİAL
10:36 09.10.2017
9533

"Gözlər qəlbin aynası, dodaqlar isə ehtirasın xəbərçisidir”, - deyirlər. Yəni insanın gözlərinə baxıb ürəyindən nə keçdiyini bilmək, dodaqlarına baxıb hisslərinin gücünü hiss etmək mümkündür. ABŞ alimləri bu deyimin ərsəyə gəlməsi üçün uzun illər araşdırmalar aparıblar. Onların fikrincə, göz insanın ürəyinin səsini, dodaq isə bədənin səsini əks etdirir. Alimlər hesab edir ki, dodaqları qalın və dolu olan xanımlar dodaqları nazik olanlara nisbətən daha ehtiraslı olur. Kişilər də dolu, qalın dodaqları olan xanımlara daha çox üstünlük verirlər. Bəlkə də elə buna görədir ki, nazik dodaqlı xanımlar da "dodaqlarımı bəyənmirəm”, - deyib kosmetloqlara, estetik cərrahlara üz tuturlar. Son vaxtlar qadınların çoxu süni - silikon dodaqlara üstünlük verdiyi üçün onların üzünə baxanda təbii dodağı sünidən ayırmaq çətin məsələyə çevrilib. Yəni, bunu artıq kişilər də fərqləndirə bilmir.
 
Mütəxəsislər isə deyir ki, dodağı qalınlaşdırmaq, dolu göstərmək mümkündür, ancaq təəssüf ki, süni - iri dodaqlar qadında daxildən gələn ehtirası artırmır. Silikon dodaqlı xanımla tanışlıqdan bir müddət sonra kişi qarşısındakının süni "barbi” olduğunu anlayır. Süni gel vurdurub, özünü gülməli görkəmə salan, sağlamlığı ilə oyun oynayan xanımlara kosmetoloq Elnarə Rzayevanın da iradı var. Tanınmış həkim – kosmetoloq təcrübəsinə və aldığı təhsilə güvənərək xanımlara əsla və əsla süni gel (biopolimer) vurdurmağı məsləhət bilmir. Həkim kosmetoloq ucuz olduğu üçün süni gel vurduran xanımalara məsləhət bilir ki, biopolimeri dodağa vurmaqdansa ondansa öz təbbi dodaq frmalarını qoruyub, saxlasınlar.
 
" Qialuron turşu əsaslı gel zamanla özü sovrulur, yəni onun təsir müddəti üç aydan bir il yarıma qədərdir. Bu prosesi xüsusi ferment - qialuronidazanın inyeksiyası ilə sürətləndirmək olar. Biopolimer gelə və ya onun növlərinə gəldikdə isə o, nə özü, nə də hansısa terapevtik proseduraların yardımı ilə sovrulmur. Yad cisim cərrahi yol ilə çıxarılmadıqca selikon bədəndə ömürlük qalır. Amma bütün "gözbağlama” ondadır ki, cərrahi müdaxilə zamanı gel, yalnız dodağın zəifləmiş toxumaları ilə birgə çıxarılır. Əgər fileri toxumalarsız götürmək mümkün olsaydı, o zaman cərrahlar onu insanın üzünün və bədəninin başqa hissələrindən – alın, yanaq, sinə, ayaq və s. uğurla çıxarardılar. Qeyd etmək istərdim ki, cərrahların işindən az adam razı qalır. Mənim bir çox pasiyentlərim cərrahi müdaxilədən sonra, böyük kəsiklər ilə narazı qaldıqları üçün qəbuluma gəlirlər. Onlar arasında tanınmış ifaçılar da olur. Son zamanlar müğənni Afaq Aslanın dodağını müalicə etdik. Dodaqlarında süni gel var idi, iki dəfə də əməliyyat etdirmişdi ki, geli dodağından tam çıxartsınlar. Amma bu mümkün olmamışdı”.
 
Müğənni Afaq Aslan da doktor Elnarə Rzayevanın dediklərini təsdiq etdi və indiki dodaqları üçün E. Rzayevaya xüsusi təşəkkür etdi: "Əməliyyat etdirdim, amma dodaqlarımdan süni gel çıxardılmadı. Elnarə xanım isə 2 prosedura dodaqlarımı anadangəlmə necə idisə, elə də etdi. Minnətdaram, əlləri qızıldır”. Dr. Kosmetoloq Elnarə Rzayevaya müraciət edən məşhurların ardı-arası kəsilmir. Peşəkarlığı ilə adından söz etdirməyi bacaran E. Rzayeva məşhurların da sevimlisinə çevrilib. E. Rzayevanın @dr_elnara_ instagram profilindən olan fotoları təqdim edirik.
ÜNVAN: Tibb universiteti yaxınlığı Hənifə Ələsgərov 4
ƏLAQƏ NÖMRƏSİ: (055) 776 60 40
İNSTAGRAM SƏHİFƏSİNDƏN İŞLƏRƏ BAXIN: dr_elnara_
 









OXŞAR XƏBƏRLƏR