Azərbaycanlı “krallar”ın müharibəsi: yeni epizodlar

Azərbaycanlı “krallar”ın müharibəsi:  yeni epizodlar
SOSİAL
17:53 02.05.2016
5465
Xəbər verildiyi kimi ötən həftə Rusiya İstintaq Komitəsi əslən Azərbaycanın Quba rayonundakı məşhur Qırmızı qəsəbədən olan biznesmen, Moskvanın daşınmaz əmlak krallarından biri olan Solomon Manaşirovun evində və ofisində axtarışların aparıldığını açıqlayıb.
Qaynarinfo.az virtualaz.org-a istinadən xəbər verir ki, axtarışlar Manaşirova qarşı qaldırılmış cinayət işi çərçivəsində aparılıb. Biznesmen iri məbləğdə vergidən yayınmaqda ittiham olunur. Lakin onu həbs etmək mümkün olmayıb. Məlumatlara görə Solomon Manaşirov hazırda Rusiyada deyil, İsraildədir.
Solomon Manaşirovun qardaşı Roman Manaşirov ötən ilin payızında istintaqa rüşvət verdiyinə görə həbs edilib. O, vyetnamlıları qul kimi işlətməkdə ittiham edilərək həbs olunan Januko Rafalovu həbsdən çıxarmaq üçün rüşvət vermişdi. Januko Rafailov da Qırmızı qəsəbədəndir, Telman İsmaylovun keçmiş ortağıdır, habelə Manaşirovla yaxın münasibətlərə malikdir.
Rusiya KİV-ləri xəbər verir ki, Solomon Manaşirova qarşı irəli sürülən ittihamda 500 milyon rubl vergidən yayınmadan bəhs olunur. Bundan əvvəl 100 milyon rubldan söhbət gedirdi. Roman və Solomonun adı geniş publikaya o qədər də məlum deyil. Onlar elit ziyafətlərdə gözə dəyməyib, mətbuat səhifələrində görünməyiblər. Bununla belə məlumdur ki, Manaşirov qardaşları Moskvanın “Praqa” metro stansiyası yaxınlığındakı “Columbus” ticarət mərkəzinin sahibidir. Bu ticarət mərkəzi ötən il istifadəyə verilib. Manaşirovların cəmi 20-dən çox kommersiya təyinatlı daşınmaz əmlakı var. Məlumdur ki, Solomon Moskvadakı dağ yəhudiləri icmasının nüfuzlu liderlərindən biridir. “Forbes” jurnalının rus versiyası Manaşirov qardaşlarını daşınmaz əmlak kralları siyahısında 24-cü yerdə qərarlaşdırıb.
Lakin belə məlumatlar var ki, əslində Manaşirov qardaşlarının sıradan çıxarılmasının səbəbi onların bizneslərini əllərindən almaq məqsədi güdür. Rusiya biznes mediasının yazdığına görə “Columbus” ticarət mərkəzinin satışa çıxarıldığı haqda xəbərlər var. Solomon Manaşirovun həbsi də məhz ticarət mərkəzinin satışı ilə bağlı xəbərlər fonunda baş verir. Ekspertlərə görə, bu iki məsələnin arasında əlaqə var. Görünür kimlərsə Manaşirov qardaşlarının əmlakını ucuz qiymətə ələ keçirmək istəyir.
KİV-lər yazırlar ki, sahibləri “Columbus” ticrət mərkəzinə 500 milyon dollar qiymət qoyublar. Obyektin bazar dəyəri isə təxminən 400 milyon dollardır. Obyekti almağa “Morgan Stanley” bankı maraq göstərir. Lakin “Kommersant” xəbər verir ki, “Columbus”u almaq istəyən başqaları da var. Bunlar Qırmızı qəsəbədən olan digər yəhudi oliqarxlar-Qod Nisanov və Zarah İliyev, habelə onların ayrılmaz ortaqları, prezident Putinin tələbəlik dostu İlham Rəhimovdur.
Nisanov, İliyev və Rəhimov da Moskvanın daşınmaz əmlak kralları siyahısındadır, onların çoxsaylı obyektləri var. Bura ticarət mərkəzləri, otel, bazarlar və digərləri daxildir.
İstisna edilmir ki, bu “üçlük” Kremldəki güclü əlaqələri sayəsində Manaşirov qardaşlarının obyektlərini ucuz qiymətə ələ keçirməyə çalışır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmtahan nəticələri nə vaxt elan olunacaq?
17:54 11.05.2025
İmtahan nəticələri nə vaxt elan olunacaq?
Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
17:46 11.05.2025
Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb
17:17 11.05.2025
Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb
Ərdoğan və Putin arasında telefon danışığı olub
16:57 11.05.2025
Ərdoğan və Putin arasında telefon danışığı olub
Papa XIV Leodan dünya liderlərinə ÇAĞIRIŞ
16:36 11.05.2025
Papa XIV Leodan dünya liderlərinə ÇAĞIRIŞ
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
16:24 11.05.2025
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
Parapauerliftinqçimiz Dünya Kubokunda 2 qızıl medal qazanıb
15:55 11.05.2025
Parapauerliftinqçimiz Dünya Kubokunda 2 qızıl medal qazanıb
"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəliləyib
15:53 11.05.2025
"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəliləyib
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
15:37 11.05.2025
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
15:12 11.05.2025
Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
14:57 11.05.2025
Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
DSX: "Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
14:38 11.05.2025
DSX: "Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək
14:20 11.05.2025
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək
Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib
14:05 11.05.2025
Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib
Türkiyədə “Azərbaycan Kino Günləri” keçiriləcək
13:43 11.05.2025
Türkiyədə “Azərbaycan Kino Günləri” keçiriləcək
Ağdamın Kəngərli kəndində 632 ev tikiləcək
13:27 11.05.2025
Ağdamın Kəngərli kəndində 632 ev tikiləcək