Azərbaycanlı məşhur aktrisanın adı dələduzluqda hallanır

Azərbaycanlı məşhur aktrisanın adı dələduzluqda hallanır
DÜNYA
14:09 09.02.2017
1204

4.2 milyon dollarlıq mənzilin sənədi saxtalaşdırılıb.

Azərbaycanın xalq artisti Leyla Şıxlinskayanın adı dələduzluqda çəkilir. Moskvada 4.2 milyon dollarlıq mənzilin  saxta yolla rəsmiləşdirildiyi məlum olub və həmin sənədlərdə çəkilən ad Şıxlinskaya Leyla Fərrux qızı kimi göstərilib. Petrovka küçəsindəki elit yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilin sahəsi 400 kvadratmetrdir. Bu binada eyni dəyərdə digər bir mənzilin də sənədlərinin saxtalaşdırıldığı deyilir. Ancaq o başqa şəxsin adına keçirilib. 

Moskva polisi bildirir ki, dəyən zərərlə bağlı mənzillərin əvvəlki sahiblərindən müraciət daxil olmayıb.  Əgər fakt təsdiqini tapsa hər iki mənzil  müsadirə oluna bilər.

Azərbaycanın xalq artisti, kino aktrisası, baletmeyster və xoreoqraf Leyla Fərrux qızı Şıxlinskayanın Bakıda  klinikası, Qubada istirahət mərkəzi var. 

///İstiPress
OXŞAR XƏBƏRLƏR