Həmcinsi ilə evləndiyi deyilən Səxavət Nurdan AÇIQLAMA

Həmcinsi ilə evləndiyi deyilən Səxavət Nurdan AÇIQLAMA
MAQAZİN
15:57 13.08.2021
13143
Öz həmcinsi ilə ailə qurduğu deyilən məşhur jurnalist Səxavət Nur məsələyə aydınlıq gətirib.

AZXEBER.COM xəbər verir ki, ABŞ-da yaşayan jurnalist yayılan məlumatı təkzib edib:

"Heç ömrümdə bu qədər gülməmişdim. Deməli dünən məni Amerikaya gələn gündən ailə kimi, kiçik qardaş kimi- övlad kimi qəbul edən insanlardan biri ilə şəkil paylaşmışam. Bu gün səhər bir xəbərlə oyanıram - Səxavət Nur həmcinsi ilə ailə qurub. Ay siz nə rəzil nə şərəfsiz insanlarsız? Siz özünüzdən nələr yazıb pozursuz???  Allah ağıl və bir az da insaf versin sizə. Sizə jurnalist deyən də elə sizin tayınızdır. Sizin yazdıqlarınıza inanan da sizdən betər. Kef eləyin".
 
 
Qeyd edək ki, Səxavət Nur ötən gün sosial şəbəkə hesabında bir bəylə foto paylaşaraq səmimi sözlər yazıb.
 
 
15.57

Azərbaycanlı məşhur teleaparıcı Amerikada həmcinsi ilə izdivac qurub.

Unikal.org-a xəbər verir ki, aparıcı Səxavət Nur həmcinsi ilə görüntülərini sosial şəbəkə hesabında paylaşıb və bu sözləri qeyd edib:

"Ailə sadəcə qan bağı deyil. Sənin həyatında olub da, səni öz həyatında istəyənlər, səni olduğun kimi qəbul edənlərdir ailə! Sənin gülüşün üçün hər şey edənlər və səni səbəbsiz sevənlərdir”.

Amerikada yaşayan S.Nurun həmcinsi ilə evlənməsi şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

OXŞAR XƏBƏRLƏR