Azərbaycanlı məşhur teleaparıcı müğənnilərə qadağa qoydu

MAQAZİN
16:50 21.02.2013
1761

“İmza:mən” verilişi ilə tamaşaçılarına yerli və dünya ulduzlarının bilinməyən tərəflərini tanıdan teleaparıcı Səxavət Nur yenidən radio aparıcılığına başlayıb.

Bu barədə AZXEBER.COM-a məlumat verən teleaparıcı bildirib ki, bir həftədən sonra radio layihəsinə start verəcək:“Araz FM”-də həftədə 1 dəfə yeni radio verilişimlə dinləyiciləri sevindirəcəyəm. “Mənsiz şou” adlanan bu radio layihədə tanınmışlar qonaq olacaq. Burada ulduzlar özlərindən və planlarından danışmayacaqlar. Yəni “mən” sözünü işlətməyə qadağa qoyulacaq. Söhbət yalnız dünyadakı və ölkəmizdəki əsas hadisələr, mədəniyyət olayları, başqa ifaçılar haqqında olacaq. Daim odlu-alovlu çıxışlar edən ulduzlarımız görünür ki, bu şou layihə vasitəsilə yeni qalmaqallara imza atacaqlar”Fevralın 23-də verilişin ilk buraxılışında saat 15:00-də qonaq Teymur Əmrah olacaq.Səxavət Nur yaxında telelayihə ilə də görünəcəyini deyib:“Yeni televiziya şousu hazırlayır. Bir neçə ideya və layihə üzərində iş gedir. Hələlik verilişin yayımlanacağı telekanal müəyyən olunmayıb”.

OXŞAR XƏBƏRLƏR