Azərbaycanlı məşhurlar seçkilərdə niyə iştirak etmir?

Azərbaycanlı məşhurlar seçkilərdə niyə iştirak etmir?
MAQAZİN
13:57 23.12.2019
1173
Bu gün Azərbaycanda Bələdiyyə seçkiləri keçirilir.
 
AZXEBER.COM xəbər verir ki, 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçilməlidir.

 

Bələdiyyə seçkiləri 5049 seçki məntəqəsində keçiriləcək.

 

Seçici siyahılarına adları daxil edilən 4 972 356 seçici səs verəcək.

 

Maraqlıdır ki, ölkədə seçki fəallığı hiss olunsa da, məşhurlardan heç kim səsverməsi ilə bağlı paylaşım etməyib.

 

Bu saata qədər sosial şəbəkə hesablarında bununla bağlı paylaşım edən məşhur müğənni və ya aktyora rast gəlinməyib.

 

Azərbaycanlı məşhurların ictimai-siyasi proseslərə bu qədər laqeyd yanaşması anlaşılan deyil. 


OXŞAR XƏBƏRLƏR