Bu gün Bakıda ilk dəfə Park Cinema kinoteatrlar şəbəkəsində 31 May Beynəlxalq tütün əleyhinə müdafiə günündə “No Smoking” Film Festival gerçəkləşəcək.AZXEBER.COM-un məlumatına görə, “Addım” Yaradıcı Gənclər Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşəcək festivalın video rolikində siqaretdən istifadə etməyən məşhurlar - Flora Kərimova, Murad Dadaşov, Brilliant Dadaşova, Həmidə Ömərova, Eldar Qasımov, Səbinə Babayeva, Elnarə Xəlilova, Firdovsi Atakişiyev, Elnur Məmmədov, Hüsniyə Məhərrəmova, Aytən Səfərova, Səxavət Nur,Elza Seyidcahan və başqaları çəkilib.