Azərbaycanlı məşqçi erməni idmançının həyatını xilas etdi

İDMAN
10:45 28.10.2015
1945
“Azərbaycanlılar mənim qardaşlarımdır”.
Şimali Kipr Türk Cümhuriyyətində keçirilən taekvondo üzrə WTF çempionatında maraqlı hadisə yaşanıb.
AZXEBER.COM Şimali Kiprin “Bayrak Radyo Televizyon Kurumu” (BRTK) telekanalının məlumatına istinadən xəbər verir ki, yarışlarda KKTC, Türkiyə, Kanada, Moldova, Rusiya, Tatarıstan, Ermənistan, Azərbaycan, İran, Norveç, Bolqarıstan, Özbəkistandan xeyli sayda dərəcə almaq istəyən idmançılar iştirak ediblər.
“Oktyabrın 22-də ermənistanlı idmançı Davit Atenesyan tədbirdən sonra istirahət etmək üçün qaldıqları evin hovuzuna girib və burada boğulmağa başlayıb.
Bunu görən Azərbaycan komandasının çalışdırıcısı Həsənzadə Həsən dərhal hovuza tullanaraq, erməni idmançını sudan çıxarıb. Atenesyanın nəfəs almadığını görən Həsənzadə ona süni nəfəs verməyə başlayıb və həkimlər gələnə kimi ona ilkin tibbi yardım göstərib.
Daha sonra Atenesyan xəstəxanaya aparılıb. Bir gün xəstəxanada qalan erməni idmançı ayıldıqda heç bir şeyi xatırlamadığını söyləyib, baş verənlərin ona yuxu kimi gəldiyini deyib.
Xəstəxanadan buraxıldıqdan sonra idmançı azərbaycanlı məşqçinin yanına gələrək, ona təşəkkürünü bildirib.
Erməni idmançı bu hadisədən çox təsirlənərək, hətta bundan sonra azərbaycanlıları özünə qardaş bildiyini bəyan edib”, - BRTK xəbər verib.
OXŞAR XƏBƏRLƏR