Milli.Az AHT-yə istinadən bildirir ki, əslən azərbaycanlı olan milyarder iş adamı Rza Zərrabın xanımı 2011-ci ilin noyabrında Alara adlı qızını dünyaya gətirmişdi.
Ötən həftə o, ikinci övladına hamilə olduğunu bəyan etmişdi.
"Açığı, bu hamiləlik mənə sürpriz oldu. Lakin dünyanın ən bəxtəvər insanıyam. Xüsusilə də qızımın bir bacı, ya qardaşı olacağı üçün", - Ebru Gündeş demişdi.
Dünən klinikaya rutin müayinəyə yollanmış Ebru Gündeş şoka düşüb. Həkimlər hamiləliyin 9-cu həftəsində olan müğənniyə bətnindəki uşağın öldüyünü deyiblər.
Ebru Gündeş dərhal cərrahiyyə əməliyyatına məruz qalıb, onun bətnindəki övladı kəsilərək çıxarılıb.
"Balam öldü. Onu doğradılar, çıxardılar", - hönkürən Ebru Gündeş əməliyyatdan sonra deyib.