Azərbaycanlı model 'Ans'də aparıcılığa başladı - FOTOLAR

MAQAZİN
10:45 19.04.2013
3639
Azərbaycanlı model Səbinə Allahverdiyeva aparıcılığa başlayıb.O, saytına açıqlamasında "Ans" telekanalında yayımlanan yeni verilişində əcnəbi məşhurları qonaq edəcəyini deyib.Model "Məşhurlar bizimlə" adlanan verilişin çəkilişlərini Bakıda deyil, Türkiyədə etdiyini bildirib:“İlk verilişdə “Türkiyə Musiqi Ödülləri” nümayiş olundu. İkinci verilişimin qonağı türkiyəli müğənni Sərdar Ortaçdır. Hazırda İstanbulda çəkilişlər edirəm.Bu veriliş digər maqazin proqramlarından fərqlənir. Biz şou-biznesdən yox, əsl sənətkarlardan bəhs edəcəyik. Növbəti verilişdə müğənni Murad Kəkillidən maraqlı müsahibə olacaq. Tamaşaçılar hər həftənin bazar günü bizi izləyə bilərlər".//axsam.az

OXŞAR XƏBƏRLƏR