“Miss Universe-2013” musabiqəsində bu il Azərbaycan ilk dəfə olaraq iştirak edəcək
Moskvada keçiriləcək olan “Kainat gözəli” müsabiqəsində Azərbaycanı təmsil edən model Aysel Manafova dünya gözəlləri ilə olan yeni fotoları paylaşılıb. Müsabiqə azəbaycanlı iş adamı Araz Ağalarov və müğənni-bəstəkar eyni zamanda biznes ilə məşğul olan Eminin təşkilatçılığı ilə keçirilir. Sosial çəbəkədə şəkillərini paylaşan “Miss Azerbaijan 2012” gözəllik müsabiqəsinin qalibi çox xoşbəxt olduğunu qeyd deyib. Bir çox ölkədən qatılan xanımlar arasında isə Aysel ən çox Braziliya təmsilçisini bəyəndiyini deyib. Noyabrın 5-i və 9-da baş tutacaq beynəlxalq “Miss Universe-2013” müsabiqəsində bu il Azərbaycan ilk dəfə olaraq iştirak edəcək. Yarışmada əsas müsif Stiven Tayler olacaq. Tomas Roberts və Melani Braun noyabrın 9-da baş tutacaq finalda aparıcılıq edəcək. Həmin gün müğənni Emin Ağalarov da səhnəyə çıxacaq. "Kainat gözəli" müsabiqəsi dünya standartlarına cavab verən “Krokus Siti Holl”da baş tutacaq.




