Azərbaycanlı model: 'Məni sevən insan, əvvəl sənətimi sevməlidir' - FOTOLAR

Azərbaycanlı model:
MAQAZİN
01:41 10.08.2014
10712
Sson zamanlar daima diqqət mərkəzində olan, belə desək uzun müddətdir gündəmdə olan, "Miss High Life İnternational",“Miss Cosmopolitan” və “Miss Rixos” nominasiyalarının qalibi olan azərbaycanlı cazibədar model Ramina Abasova ilə xoş söhbət əsnasında maraqlı müsahibə etdik. Ünvanladığımız suallara çox maraqlı və səmimi cavablar verən cazibəcar model, sonda məşhur fotoqraf Orxan Hüseynovun da fotokamerası qarşısına keçdi.AZXEBER.COM olaraq həmin müsahibəni və fotoları sizlərə təqdim edirik.- Ramina Abasova kimdir? Səni tanımayanlara, özünü necə tanıdardın?Mənim 22 yaşım var. Universitetdə bu il məzun oldum. Xarici Dillər Universitetini “Qırmızı diplom”la bitirdim.- Ramina Abasova niyə məhz başqa sənət deyil, məhz modellik?Model olmağım çox təsadüfü olan bir şeydir. Ancaq düzünə qalsa, sevdiyim bir işdir. Əvvəllər, yəni model olmamışdan öncə bu sənəti sadəcə bəyənirdim. Çünki, çox fərqli bir sənətdir. Ancaq daha sonra rəfiqələrimin birinin ad günü məclisində, tanınmış fotoqraf Orxan Rəhmanlı məni öz kamerasında işıqlandırmaq istədiyini bildirdi. Etiraz etmədim. Daha sonra fotoqrafın “facebook”dakı şəxsi səhifəsində yayımlanan şəkillərimə yazılan xoş sözləri gördükdə, bunun məndə pis alınmadığını gördüm. Bundan əlavə dostlarımın da mənə verdiyi dəstək, məni məhz elə bu yolda davam etməyimə gətirib çıxardı. Artıq 4 ilə yaxındır ki, bu işlə məşğulam.- Bəs 4 illik müddət ərzində əldə etdiyiniz təcrübədən bu sənətə yeni gələnlərə dəstək olursunuzmu?Əlbətdə. Mənə “facebook”da, “instagram”da və ya “whatsapp”da bu barədə tez-tez yazırlar. Məsələn, “Bu paltar bu ayaqqabı ilə tutarmı? Bu paltarı geyinsəm necədir?” kimi suallar çox ünvanlanır. Bacardığım və əlimdən gələn köməyi əsirgəmirəm.- Sizi ancaq sadə və normal fotosessiyalarda görürük. Açıq-saçıq fotosessiya etmirsiz. Niyə?Düzdür. Bəkə də etdirərdim. Ancaq bizim insanlar bunu çox tez yozurlar. Xoşagəlməz ifadələr səsləndirirlər. Bu cür olmasa düşünürəm. Ancaq onu da deyim ki, atam belə buna pis baxmır. O, özü mənə dəstək olur ki, mən sənətimdə hansısa bir zirvəyə yüksəlim.- Ramina Abbasovanın qəlbini oğurlayan birisi varmı, varsa sənəti bu münasibətinə təsir edirmi?Olub, amma indi yoxdur. Adını çəkməyəcəm, ancaq, tanınmış bir müğənni idi. Aramızda müəyyən anlaşılmazlıq oldu. Məhz buna görə də münasibətimizə son qoyduq. Onu da qeyd edim ki, məni sevən insan, əvvəl sənətimi sevməlidir.- Ümumiyyətlə Raminanın sevdiyi şəxs necə birisi olmalıdır?Belə deyim ki, o Enrike İqlesias kimi birisi olmaldı. Doğrudur, daxildən tanımıram onu. Ama xarici görünüşünü çox bəyənirəm. Bu da mənim atmacam olsun (gülür).- Azərbaycan gənclərindən bəyəndiyiniz birisi yoxdur?Var. Məşhur model Rüstəm Cəbrayılov. Çox bəyənirəm onu.- Son olaraq nə demək istərdiniz?Bir çox xəbər portallarına müsahibə vermişəm. Ancaq məni ilk və uğura aparan müsahibəm məhz Azxeber.com-da olub. Şəxsən qarşımdakı sizsiniz deyə demirəm, amma mən özüm də sizin oxucunuzam. Çox sağ olun ki, müsahibəmizi də səmimi və xoş söhbət əsnasında təşkil etdiniz. Təşəkkür edirəm!Ozal İbrahimliFoto Orxan Hüseynov
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
18:13 26.08.2025
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"