Azərbaycanlı modelyerə dələduzluq edildi: Evsiz qaldı - FOTO

Azərbaycanlı modelyerə dələduzluq edildi: Evsiz qaldı - FOTO
SOSİAL
10:51 10.01.2023
535
Azərbaycanlı modelyer Rüfət İsmayıl son bir neçə gündə iflas edən tikinti şirkətində 5 milyon 250 min lirə itirdiyini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyənin "Sabah” qəzetində məlumat verilib. 

Məlumata görə, modelyer Rüfət İsmayıl 2013-cü ildə Esenyurtda böyük layihə üçün nəhəng bir tikinti şirkəti ilə müqavilə imzalayıb.

158 kvadratmetrlik mənzil üçün modelyerdən 280 min dollar istənilib. İstanbulda yaşamaq istəyən modelyer bu pulun bir hissəsini əmanətindən tapıb. Qalan pulu vermək üçün isə atasının Azərbaycandakı evini satıb.

Bütün pulunu şirkətə verən İsmayıl daha sonra gözləməyə başlayıb. Lakin 2015-ci ildə təhvil veriləcəyi vəd edilən mənzil verilməsi bu vaxta qədər uzanıbə

Davamlı olaraq müxtəlif bəhanələrlə vaxtın uzandığını iddia edən modelyer şirkət müflis olduğunu elan edən kimi dərhal məhkəməyə müraciət edib. 

Məhkəmə nəhəng tikinti şirkəti üçün iflas qərarı verib. Rüfət İsmayıl şirkətin Esenyurtdakı yarımçıq layihəsindən ev alan minlərlə qurbandan biridir.
 
Aydın
OXŞAR XƏBƏRLƏR