Müğənni Dilarə Kazımova avtomobil qəzası keçirib
AZXEBER.COM xəbər verir ki, ötən gün axşam saatlarında sərnişin avtobusun sürücüsü sürət həddini keçərək, dairədə idarətməni itirib. Bundan sonra avtobus yolun kənarında duram Dilarə Kazımovanın "Audi” markalı avtomobilinə çırpılıb. Nəticədə müğənninin avtomobili tanınmaz hala düşüb. Təhlükəsizlik kəmərini taxan ifaçı ,xoşbəxtlikdə xəsarət almasa da,onun köməkçisinin başı zədələnərək xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, hadisə Musabəyov parkı yaxınlığında baş verib. Qəzadan dərhal sonra əraziyə Dövlət Yol Polisi əməkdaşları və siğorta şirkətinin işçiləri gəlib.
