Azərbaycanlı müğənni: - "Atamın 3-4 arvadı var" - FOTOLAR

MAQAZİN
15:00 24.01.2014
3237

Rəqsanə: "Əgər səhnə insanı olmasaydım mənim də 6-7 övladım olardı"

Müğənni Rəqsanə İsmaylova maraqlı açıqlamaları ilə yadda qalıb. ANS PRESS-in məlumatına görə, bu gün ANS telekanalında yayımlanan "Günə Baxan" proqramında qonaq qismində iştirak edən ifaçı atasından danışıb. Son zamanlar sənətçinin yenidən ana olmaq istədiyi barədə gəzən söz-söhbətə aydınlıq gətirən Rəqsanə İsmaylova atasının 3-4 həyat yoldaşı və onlardan xeyli sayda övladları olduğunu vurğulayıb.Çox övlad sevdiyini deyən sənətçi iki qızı olmağına baxmayaraq Allah qismət etsə bir daha ana olmaq istədiyini dilə gətirib:"Əgər mən səhnə insanı olmasaydım düşünürəm ki, 6-7 övladım olardı. Uşaqları çox sevirəm, Allah hər bir uşağın ruzusunu göndərir. Onları saxlamaq heç də çətin deyil. Bir bacım olmağına baxmayaraq atamın 3-4 yoldaşı, onlardanda çox sayda uşaqları var. Ailədə övladın çox olmağı yaxşıdır, böyüyəndə bir-birlərinə dayaq olurlar. Hal-hazırda planda olmasada əgər Allah qismət bilsə yenidən ana olmaq istərdim" deyib.Qeyd edək ki, Rəqsanə İsmaylova ötən il sevdiyi şəxs ilə təmtərahsız ailə həyatı qurub. Həyat yoldaşını çox sevdiyini bildirən ifaçı Rusiya, Türkiyə və Bakıda birlikdə xoşbəxt günlər keçirdiklərini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR