Azərbaycanlı müğənni beynəlxalq müsabiqədə münsif oldu - FOTOLAR-VİDEO

MAQAZİN
21:22 24.07.2015
1772

 Qırğızıstanda, İssık-Gül gölünün sahilində, kurort şəhəri olan Çolpon-Atedə ikinci “Meykin-Asiya” beynəlxalq festivalının rəsmi açılış mərasimi keçirilib.

Gün.Az xəbər verir ki, festivalın açılış mərasimində ilk olaraq tamaşaçılara səhnələşdirilmiş proloq, qırğız xalqının dünənindən və bu günündən bəhs edən kiçik bir tamaşa təqdim olunub.

Daha sonra 19 ölkədən gəlmiş iştirakçılar bir-bir öz istedadını nümayiş etdirib. Ölkəmizi bu yarışda təmsil edən müğənni Yaşar Yusub 12-ci nömrə altında “Yanındayam” mahnısını ifa edib.

Festivalın təşkilatçılar komitəsinin üzvləri sırasında məmurlar, mədəniyyət xadimləri və teleşirkət təmsilçiləri ilə yanaşı, azərbaycanlı müğənni Roza Zərgərli yer alıb.

Festivalın açılış mərasimində Qırğızıstanın baş naziri Temir Sarıyev, baş nazirin müavini Damir Niyazəliyev, mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutov, daxili işlər naziri Melis Turqanbayev və digər mədəniyyət xadimləri iştirak edib.

Festivalın daha bir sürprizi populyar müğənnimiz ilə bağlıdır. Belə ki, Roza Zərgərli öz ifası ilə festivala yekun vuracaq.

OXŞAR XƏBƏRLƏR