Bir müddət öncə plastik əməliyyatla burnunu kəsdirən müğənni Səidə Sultan yeni görkəmdə şəklini sosial şəbəkədə paylaşıb.
AZXEBER.COM-un məlumatına görə, ifaçı bildirib ki, hazırkı görünüşündən razıdır: “İndi yaxşı nəfəs alıram. Özümü rahat hiss edirəm”.
Qeyd edək ki, S.Sultan əməliyyata girmədən öncə bu sözləri demişdi: “Çoxlarınız deyəcək ki, buna bax, bu da burnunu əməliyyat etdirdi. Amma bir Allah şahiddir ki, həmişə belə şeylərdən qorxmuşam. "Nə oldu bu yaşa qədər gəzdin öz burnunla, indi bəyənmədin?" -belə deyənlər də var. Amma nəfəsimdə də problemlər yaranmışdı. Mənə narahatçılıq verirdi. Çəpər əyrliyi, artıq ət. Allah mənə bu həkimi yardımçı göndərdi”.
