Albom hazırlığına görə Türkiyə səfərini davam etdirən müğənni Rəqsanə gərgin studiya çalışmasının yorğunluğunu bu günlərdə maraqlı sürprizlə çıxarıb. Moskvadan Türkiyəyə gələn gələcək həyat yoldaşı Beynəlxalq qadınlar bayramı münasibəti ilə sənətçinin ağlına gəlməyən, qiymətli bir hədiyyə verib. Dedi-qodunu özünə yaxına buraxmayan Rəqsanə bunun mahiyyətini açıqlamaqdan imtina edib. Amma başqa bir mövzuda açıqlama verib. Son aylar müğənnilərin toy qiymətlərində adının qarşısındakı rəqəmin düzgün göstərilmədiyini AZXEBER.COM-a danışan müğənni, açıqlama vermək zərurətində qaldı:
“Mənim toy qiymətimin 4500 manat olduğu qeyd olunur. Mən həm Moskva toylarında çıxış edirəm, həm də respublikamız civarında oluram. Moskvadakılar toy çıxışımın qiymətini bilirlər. Bakıda isə yarım saatlıq çıxışım 3 min manat, bütöv toyu isə ansamblla birlikdə 10 min manata oxuyuram. Qeyd edim ki, dəyərli musiqiçilərlə çalışıram.Qiymət mövzusunda yalnış informasiya yazılanda, bəzi insanlar bunu sübut kimi təqdim edirlər. Bu səbəbdən dəqiq rəqəmi açıqlamağı vacib bildim”.