Azərbaycanlı müğənni: 'Böyük məbləğdə pul təklif edirlər' - FOTOLAR
MAQAZİN
10:40 20.04.2013
5016
Gənc müğənni Mina Sovetski yeni fotosessiyasını təqdim edib.Fərqli saç düzümü və imici ilə daim gündəmdə olan müğənni bu dəfə keçəl formada görünüb.Mina “Aysel” jurnalı üçün verdiyi müsahibəsində bildirib ki, ona toylarda oxumaq üçün böyük məbləğdə pul təklif etsələr də, o, qəbul etmir:“Toy məclislərinə dəvətlər gəlir. Deyəndə ki, axı mən toy müğənnisi deyiləm – deyirlər, yaxşı üç min də artırarıq. Bədbəxtlər mahnılarıma diqqətlə qulaq assaydılar, mənə gözlə yox, qulaqla baxsaydılar anlayardılar”.//axsam.az