Nadir Qafarzadə müğənnilərin son günlər yaradıcılıqlarını xarici ölkələrdə davam etdirməsinə münasibət bildirib.
Yerli şou-biznesin “əjdaha” ləqəbli müğənnisi açıqlamasında bunun üçün maddi vəsait tələb olunduğunu deyib.“Hər şeyin başında pul durur. Pul varsa, sponsor varsa böyük işlər görmək olar. Mənim də pulum olacaq, gedib, Cennifer Lopezlə duet oxuyub klip çəkdirəcəyəm. Bu qədər asandı yəni...”N.Qafarzadə xalq artisti Aygün Kazımovanın Hollivud layihəsinə də münasibət bildirib.“Aygün Kazımova deyəsən, Türkiyədə yaradıcılıq işlərini yarımçıq qoydu. Heç xəbərim olmayıb, necə oldu axırı? Amma birdən-birə Amerikaya atdandı... Təki olsun. Alınarsa, nə xoş, nə yaxşı bizə. Azərbaycanlı müğənni orada nəsə elədi, deyə sevinməliyik”.