Ayan Babakişiyeva muzeyi xatırladan evində kamera qarşısına keçib.
AZXEBER.COM-un məlumatına görə, şəkil çəkdirmək hobbisi ilə əksər həmkarlarını geridə qoyan tanınmış estrada müğənnisi Ayan Babakişiyeva növbəti dəfə fotosessiya etdirib. Maraqlısı ondadır ki, müğənni bu dəfə məkan olaraq nə dağı, nə də bağı seçib, o, şəkil çəkdirmək üçün "ən gözəl məkan evimdir" deyib, ondan studiya kimi yararlanıb.Muzeyi xatırladan otaqda çəkilmiş fotoların nə məqsədlə lentə alındığı hələ ki, məlum deyil.