Azərbaycanlı müğənni "Facebook"dan getdi

MAQAZİN
09:37 14.11.2012
2225
Tez bir zamanda məşhurlaşan gənc müğənni Günay İbrahimlinin başına iş gəlib. İfaçı xanımın verdiyi məlumata görə, kimsə onun sosial şəbəkədəki profilinə “göz dikib”.Günayın Facebook-dakı şəxsi səhifəsi artıq dördüncü dəfədir sındırılıb: “Bilmirəm ki, bu insanlar şifrəmi qırmaqla nə əldə edirlər?! Artıq dürdüncü dəfədir eyni hadisəni yaşayıram.Daha bezmişəm və düşünürəm ki, bəlkə qırılmağı məsləhət imiş”.Hazırda sosial şəbəkələrdə olmayan Günay yaxın zamanda yenidən qeydiyyatdan keçmək istəmədiyini də dilə gətirdi:“Sizin vasitənizlə hər kəsə bildirmək istəyirəm ki, mən artıq heç bir sosial şəbəkədə yoxam. Yenisini açmaq kimi həvəsim də yoxdur. Kimlərsə mənim adımdan səhifə açıb, şəkilimi qoyub, ağıllarına gələni yazırlar. Bu, mən deyiləm”.
//sia

OXŞAR XƏBƏRLƏR