Azərbaycanlı müğənni hansı rus ulduzuna bənzədildi? - FOTO + VİDEO

MAQAZİN
08:07 22.04.2013
1800

“Azad Azərbaycan” teleməkanında anonsundan bəlli olan “Alma-almaya bənzər” layihəsi həftə sonu efir həllini tapıb.AZXEBER.COM-un məlumatına görə, iştirakçısı müğənni Ayan Babakişiyeva olan maraqlı layihədə xanım sənətçi rus estradasının məhşurlarından olan Jasminin “İndiyskoe disko” klipindəki obrazı ilə müqayisə olunub. Heyət Ayanın uğurlu cıxışı ilə layihənin ötən həftəyə nəzərdə tutulan buraxılışını başa vura bilib.Yerli ulduzun bənzətməsini tamaşaçı yüksək qiymətləndirib. Rus estradasının yaraşıqlı ulduzuna bənzədilən Ayan belə bir layihəyə ilk dəfə qatıldığını və uğurlu alındığını bildirib.

Qeyd edək ki, “Alma almaya bənzər”i rejissor Qəmər xanım, jurnalist Lalə Yusifqızı, stilist-vizajist Səbinə İmanova, modelyer Şəlalə Maqsudova, “Renesans” rəqs qrupunun rəhbəri Yana xanım bə başqaları ərsəyə gətirib. Ayan Babakişiyeva hər birinə təşəkkürünü bildirib.

OXŞAR XƏBƏRLƏR