Azərbaycanlı müğənni: ''Keçmişimi unutmamışam''

MAQAZİN
07:42 19.09.2012
2075
“Ulduzlarımızın əksəriyyəti mənim müştərilərim olublar”
.AZXEBER.COM-un məlumatına görə, estrada müğənnisi Əbdül Xalid öz keçmişindən, daha dəqiqi, sənətə gəlmədiyi vaxtlarda hansı işlə məşğul olması barədə danışıb: “Nə gizlədə, nə də dana bilərəm. “N brothers” qrupuna solist gəlməyənə qədər kiçik biznesim var idi, ayaqqabı satırdım.Deyim ki, çox da yaxşı qazancım var idi. Brend ayaqqabı modelləri satdığım üçün ulduzlarımızın əksəriyyəti mənim müştərilərim olublar. Vaxt keçdi, dövran döndü və mən sevdiyim müğənnilik sənətində uğur qazandım. İndi də pul qazanıram, amma keçmiş günlərimi əsla unutmuram”.Qeyd edək ki, müğənni bu etirafını Regional TV-də, Azər Süleymanlının təqdimatında canlı yayımlanan “Azərkeş” verilişində edib.

OXŞAR XƏBƏRLƏR