Son vaxtlar səsi maqazin verilişlərindən gələn biznesmen-müğənni Orxan Babazadə, sözləri və musiqisi Ceyhun Əliyevə məxsus “Sən mənim gözəlimsən” adlı mahnısına klip çəkdirib.AZXEBER.COM-un məlumatına görə, rejissor Ceyhunun ekran heyatı verdiyi bu klipdə, Orxan tam fərqli bir imicdə görünüb. Klip boyu 3 kastyum dəyişən Babazadə avadanlığı Türkiyədən sifariş etdirib. Qeyd edək ki, bu avadanlıqdan kliplərində ilk dəfə olaraq Türkiyənin meqa starı Tarkan istifadə edib.
Türkiyəyə böyük ümidlər bəsləyən Orxan yaxın günlərdə ora yola düşməyə hazırlaşır. İstanbulda məhşur Türk müğənniləri ilə görüşü gözlənilən Orxan, yeni klipi “Sən mənim gözəlimsən”i Türkiyənin məhşur “Kral pop” musiqi telekanalına da təqdim edəcək.Ozal İbrahimli