Populyar estrada müğənnisi Rüfət Axundovun ağır xəstəliyə düçar olması ilə bağlı məlumatlar yayılmaqdadır.Sənətçinin qan xəstəliyinə, daha dəqiqi leykemiyaya tutulması deyilir. Sırf bu səbəbdən o mütəmadi olaraq özəl klinikalara gedib həkim müayinəsindən keçir.Əməkdaşımızla söhbəti zamanı sualımızdan heyrətlənən müğənni səhhəti ilə bağlı səslənən fikirləri kökündən rədd etdi: "Bu, çox güman ki, Rüfət Axundov adlı şəxsin səhhəti ilə bağlı məlumatdır. Və məncə, tibb bacılarından kimsə tələsib bunu mediaya ötürüb. Allah göstərməsin səhhətimdən şikayətçi deyiləm. Və vaxtaşırı olaraq sağlamlığıma görə həkim nəzarətindən keçirəm. Qanım da yaxşıdır, özümü də əla hiss edirəm. Deməzdim bu, mənə düşmənçiliklə bağlı yayılan xəbərdir, sadəcə, anlaşılmazlıqdır. Əgər bu məlumata inananların sayı çoxalarsa, mən analiz verib, cavabları da jurnalistlərə göstərə bilərəm".
//milli.az