Azərbaycanlı müğənni: ''Mən yaraşıqlı və cazibədar oğlanam''

MAQAZİN
10:50 17.10.2012
2459
MüğənniElçin Cəfərovun müsahibəsi.- Elçin Cəfərov kimi daha çox tanınırsız, yoxsa Elcin “şip-şirin” kimi?- İndi mənə elə gəlir ki, 50-50-dir. Amma yeni albomumdan sonra Elçin Cəfərov kimi daha çox tanınacam.- Yeni albomunuz nə vaxt işiq üzü görəcək?- Bu yaxınlarda işıq üzü görəcək, albomda on mahnıdır, mən istəyirəm ki, on bir mahnı olsun ona görə bir az geçikdirirəm. Albomda daha çox lirik mahnılara üstünlük vermişəm, üç mahnı "remix" şəkildə olacaq.- Yeni klipiniz necə, hazırdı?- “Yadına sal” adlı mahnıma klip çəkdirdim artıq hazırdı. Rejissor Anar Hüseynovdur. Çox zövqlü klipdir, mən özüm çox bəyəndim. Tərəf müqabilim ukraynalı modeldir. Əminəm ki, tamaşaçılar da bəyənəcək.- Digər müğənni həmkarlarınızdan nə ilə fərqlənirsiz?- Mən həm görünüşümlə, həm də özümü aparma tərzimlə seçilirəm. Şou-biznesdə bəzi həmkarlarım var ki, mən olardan öz hərəkətlərimlə çox seçilirəm.- Şou-biznes adamısız, amma çox utancaqsız. Bunun səbəbi nədir?- Əvvəllər ola bilərdi ki, utancaq olum, amma indi deməzdim. Mən böyüklər olan yerdə çox danışmağı sevmirəm deyə, çoxları məni utancaq hesab edir. Bu utancaqlıq yox, onlara olan bir hörmət əlamətidir.- Əvvəllər Əmrahın fanatı olmusuz, indi kimə fanatlıq edirsiz?- İndi özumə fanatlıq edirəm, insan özü-özünün fanatı olmalıdır ki, sonra da kimsə ona fanatlıq etsin.- Sizi tərifləyən çoxdur, yoxsa tənqid edən?- Tərifləyən daha çoxdur, tənqid edən yalnız dostlarımdır ki, onların da tənqidi mənim xeyrimədir.- İddianız hara kimidir?- İddiam böyükdür, nə qədər ki, sağam zirvəyə doğru gedirəm.- Deyirlər, od olmayan yerdən tüstü çıxmaz, sizin də çox tüstüləriniz çıxıb, odu var idi?- Bu, düz atalar sözüdür, amma mənim haqqımda çıxan şayiələrin tüstüsü hardasa var, hardasa yoxdur. Adımı kimlə hallandırıblarsa, düz olanları olub, gənc oğlanam, bu, normaldır.- Şou-biznesdə kimə yer yoxdur?- Şou-biznesdə yersiz müğənnilər çoxdur. Bu aləmdə elə müğənnilər var ki, onlar ya tibb, ya ticarət, bəlkə də idman sahəsinə üz tutsaydılar, daha uğurlu peşə sahibi olardılar, nəinki müğənnilik.- Toylara gedirsiz? Bu gün toylarda tələbat var Elçinə?- Mənə tələbat yetərincə var, şükürlər olsun toydan korluq çəkmirəm.- Toylara neçəyə gedirsiz?- Hal-hazırda 5 min manata gedirəm, amma vaxt var idi ki, mən restoranda az bir məbləğə oxuyurdum və hətta evə piyada gəlirdim ki, aldığım məbləği xərcləməyim.- ”TEA” family olaraq uğurlarınız göz qabağındadır, sizi qısqananlar çoxdur?- Biz komanda olaraq çox güclüyük, üzümüzə gülən, bizi tərifləyən çoxdur, arxamızca nə danışırlar bu, onların problemidir.- Həmkarlarınıza mahnı yazanda, sonra o mahnı hit olanda, təəssüflənib demirsiz ki , "kaş o mahnını özüm oxuyardım?"- Olub ki, mahnı xoşuma gəlib, amma dostlarım deyib ki, yox, bu mahnı başqa müğənnidə daha yaxşı alına bilər. Mən də razılaşıb mahnını vermişəm, amma sonucda öz mahnılarımızdır, yəni heç biri problem deyil.- Sizin oxuduğunuz mahnılar, son zamanlar gündəmdə olan 50, 40 minlik mahnılardan nə ilə fərqlənir?- Məbləğ ada görə dəyişir, Türkiyədən alınan mahnı daha çox bahalı sayılır. O mahnılara verilən məbləğə daha uğurlu işlər görmək olar. Məncə, mahnını tutarlı edən düzgün ifadır. Əgər 50 minlik mahnı alırsan və düzgün ifa etmirsənsə, onda pul da batır, mahnı da. Mən oxuduğum mahnıları hiss edirəm və düzgün oxuyuram.- Duetləriniz olub?- İradə İbrahimova ilə ”Adımı çağır” adlı duetimiz olub.- Kiminlə duet oxumaq istərdiniz?- Belə bir iddiam yoxdur ki, kimləsə duet oxuyum, mahnıya baxır, elə bir mahnı ola bilər ki, onu mən Natavan Həbibiyə və yaxud Röyaya və ya Aygün Kazımovaya yaraşdırım duet oxuyum, yəni hər şey mahnıdan asılıdır.- Danışmadığınız həmkarlarınız var?- Xeyr, hər kəslə çox gözəl münasibətim var, hətta dostlarım da var aralarında, Emil, Zamiq, Elnur, Ayaz.- Elçin Cəfərovun sevdiyi insan var?- Yoxdur hələ ki, ürəyim boşdur. Ailə qurmağa da qalsa, mən ancaq sevib ailə qurmaq istəyirəm, vasitə və yaxud yemək bişirmək, ev təmizləmək üçün bir xanımla evlənmək istəmirəm.- Deyirlər, musiqiçilərə ilham verən sevgidir, bəs sizi nə ilhamlandırır?- Mənə ilham verən yaşadıqlarımdır. Vaxtilə sevmişəm, o hisslərimdir, sonra ətrafımda yaşananlardır. Mən hətta başqa insanların hisslərini duyub mahnı yaza bilərəm, belə bir qabiliyyətim də var.- Xarici görünüşünüzdən razısınız?- Bəli, mən yaraşıqlı və cazibədar oğlanam (gülür).
//Milli.az

OXŞAR XƏBƏRLƏR