Azərbaycanlı müğənni: ''Məni daha çox ifaçılıq cəlb edir''

MAQAZİN
13:57 26.09.2012
1948
Müğənni Elyana Əhmədovanın müsahibəsi.
- Azərbaycan telekanallarından birində əyləncəli verilişə aparıcılıq edəcəyin xəbəri doğrudur?- Bəli, ailəm məni müğənnilikdən çox, aparıcı kimi görmək arzusundadır. Buna görə mən ana televiziyamız olan AzTV-də fəaliyyət göstərən Azər Cabbarovdan aparıcılığın sirlərini öyrəndim. İnşallah, məni telekanalların birində moda ilə bağlı proqramda aparıcı kimi görəcəksiniz. Amma onu da deyim ki, valideynlərim bunu istəsələr də, məni daha çox ifaçılıq cəlb edir.- Moda atelyesi açacaqdın, nə xəbər var?- Planımda var, əslində, bu çoxdan baş tutmalıydı, amma digər yaradıcılıq işlərinə görə atelye məsələsi təxirə salındı. Düzdür, mən peşəkar stilist deyiləm, yəni bunun məktəbini bitirməmişəm, amma moda sahəsi ilə sıx əlaqəsi olan bir adamam. Bu peşə mənim hobbimdir və fərdi olaraq bu sahədə bilik qazanmışam. Hətta ad çəkməyəcəyəm, tanınmış müğənnilərdən onlara stilistlik etmək təklifi də almışam.- Bəs özünün stilistin var, yoxsa buna ehtiyac duymursan?- Makiyajımla Sarxan Saxara, vizajımla isə Pərvanə Məmmədova məşğul olurlar. Amma geyimlərimi özüm müəyyən edirəm, çünki zövqümə arxayınam. - Bu il "Eurovision" mahnı müsabiqəsinin milli seçim turuna qatılmaq niyyətin niyə gerçəkləşmədi?- Həm Bakıda olmadım, həm də sözün düzü, özümü tam hazır bilmədim. Mən demirəm, oradakı iştirakçılardan hazırlıqsız idim, yox, sadəcə, belə işlərə çox məsuliyyətlə yanaşan biriyəm. İnşallah, gələn il iştirak edəcəyəm.- Eşitdik, Azərbaycanda və Türkiyədə seriala çəkilmək təklifləri almısan, qəbul etmisən, ya yox?- Türkiyədə «Amatör» adlı bir filmə dəvət almışam, 2 qızla 3 oğlanın sevgisindən bəhs edən bir filmdir. Artıq ssenarini oxumuşam və qəbul etmişəm. Azərbaycanda da «Xəzər» televiziyasında «Həyat varsa» adlı filmdə çəkildim.

OXŞAR XƏBƏRLƏR