Azərbaycanlı müğənni: ''Müğənniləri tez-tez döyürlər''

MAQAZİN
08:47 22.11.2012
1844
Azərbaycanlı müğənni Elvin Abdullayev toyda döyülməsi ilə bağlı şayiələrə münasibət bildirib.AZXEBER.COM-un Day.Az-a istinadən verdiyi xəbərə görə, müğənni bu xəbərlərin yalan olduğunu deyib."Toylarda müğənniləri tez-tez döyürlər, çünki onlar fonoqram ilə oxuyurlar. Bu günlərdə fonoqramla oxuduğuna görə, əməkdar artisti döydülər. Sonradan məlum oldu ki, o heç canlı oxuya bilmir. Bu hal ona heç bir şəkildə təsir göstərmədi. Çünki səhəri gün həmin müğənnini efirdə gördüm, özünü elə aparırdı ki, sanki axşam döyülməyib", - Elvin Abdullayev yerli telekanallardan birinə bildirib.

OXŞAR XƏBƏRLƏR