“Şeron” qrupu Regional Televiziyanın “İki Miz” şənbə-bazar şousunun qonağı olub. Qrup üzvləri verilişdə bir sıra maraqlı açıqlamalar ediblər.
AZXEBER.COM-un məlumatına görə, qrupun rəhbəri Rüstəm Zeynallı bildirib ki, üzvlərindən solo ifa edənlər var. O bildirib ki, “Şeron”un üzvlərindən olan Nicat solo ifa edir. Aparıcılar qrup üzvlərinin solo ifasına Rüstəmin münasibətini öyrəndikdə müğənni bildirib ki, buna yaxşı baxır. “Ola bilər ki, mən müəyyən müddətdən sonra musiqi aləmi ilə sağollaşım və yaxud ola bilər ki, qrupda ifa etməyim, başqa ölkəyə gedib orada karyeramı davam etdirim. Bu, dəqiq deyil, amma hər an ola bilər”, - deyə Rüstəm Zeynallı bildirib.