Azərbaycanlı müğənni qalib oldu – FOTOLAR

Azərbaycanlı müğənni qalib oldu – FOTOLAR
18:25 08.06.2012
3170

Azərbaycanın populyar estrada müğənnisi İlhamə Qasımova, Almaniyanın Berlin şəhərində keçirilən “EMMAwards” mükafatının qalibi olub.

AZXEBER.COM-un məlumatına görə, müğənnidünən “Heydər Əliyev adına Beynəlxalq Hava Limanı”nda jurnalistlərlə görüşüb. Verilən suallara səmimi cavab verən Qasımova, “Bu böyük uğurdur. Qələbə qazanacağıma inanmırdım. Ancaq çox sevindim. Əminəm ki, bütün müğənnilərimiz mənim yerimdə olmaq istərdi” cavabını verib.

Qeyd edək ki, müğənni Dj OBG ilə birgə ifa etdiyi “Bei Mir Bist Du Scheen” mahnısı və klipi 190 namizəd arasından “Best Music Video” (ən yaxşı musiqi və video) kateqoriyası üzrə qalib olub. İlhamə Qasımova nəinki Azərbaycan, MDB məkanından “EMMAwards” mükafatını alan yeganə müğənnidir.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR