Müğənni Yaşar Yusub Türkiyəyə səfər etməsinin səbəbini açıqlayıb.
Türk telekanalından çıxış edən ifaçı oradan konsert təklifi də alıb:
"Türkiyənin dövlət kanalı TRT-dən təklif gəldi. Oranın efirində çıxış etməyimi istədilər. Daha sonra isə Kanal D-də yayımlanan "Maqazin D” verilişinə yeniliklərimlə bağlı açıqlamalar verdim.
Bundan başqa, qardaş ölkənin ən tanınmış klubu "Jolly Joker”də dostum Volkan Arslanın konserti oldu. Orada mən də səhnəyə çıxdım. Çıxışımdan sonra mənə həmin klubda konsert verməyi təklif etdilər”.
Müğənni Türkiyənin populyar ifaçısı ilə baş tutacaq layihəsindən də söz açıb:
"Türkiyənin çox populyar müğənnisi ilə duetimiz olacaq. Sözügedən ifaya həm Bakıda həm də Türkiyədə klip çəkiləcək. Təbii ki, bununla kifayətlənməyəcəyik. Həmin müğənni ilə hər iki ölkədə konsertimiz də olacaq”.
O, türk şou-biznesinə qatılmaq istəmədiyini bildirib:
"Layihələrimiz çoxdur, amma Türkiyə şou-biznesinə qatılmaq fikrim yoxdur. Sadəcə olaraq cavanam və gələn təklifləri dəyənlərdirmək istəyirəm.
Bakıya geri dönəndən sonra yeni təqdim etdiyim "Əngəllər” mahnıma klip çəkdirəcəyəm”.

